Pakistan Azərbaycanla beynəlxalq platformalarda sıx əməkdaşlıqdan məmnundur
- 29 oktyabr, 2025
- 12:50
Azərbaycan və Pakistan möhkəm tarixi, mədəni və mənəvi əlaqələrə əsaslanan çox yaxşı münasibətlərə malikdir.
"Report" xəbər verir ki, bu barədə Pakistan Senatının sədri Seyid Yusuf Rza Gilani Bakıda keçirilən beynəlxalq konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
"Qardaş ölkə Azərbaycanla çox gözəl münasibətlərimiz var. Tarixən biz qardaşıq. Bu günlərdə Türkiyə, Azərbaycan və Pakistan parlamentlərinin sədrlərinin iştirakı ilə üçtərəfli konfrans keçirilib, orada biz əməkdaşlığın bir çox istiqamətlərini müzakirə etdik", - S.Gilani qeyd edib.
O əlavə edib ki, Pakistan Bakıda keçirilən "Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi" mövzusuna həsr olunmuş beynəlxalq konfransda məmnuniyyətlə iştirak edir.
"Biz ölkənin inkişafına və onun tərəqqisinin rəmzinə çevrilən Konstitusiyanın qəbul edilməsinə böyük töhfələrinə görə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə və Azərbaycan Prezidenti İlham Əliyevə ehtiramımızı bildiririk", - Senat sədri vurğulayıb.
R.Gilani həmçinin məmnunluqla qeyd edib ki, Azərbaycan və Pakistan bütün beynəlxalq platformalarda sıx əməkdaşlıq edir.