Ombudsman Səbinə Əliyeva tatarıstanlı həmkarına başsağlığı verib
Xarici siyasət
- 11 may, 2021
- 15:50

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Kazanda məktəbdə baş vermiş silahlı insident nəticəsində matəm elan olunması ilə bağlı Rusiya Federasiyası Tatarıstan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Sariya Saburskayaya zəng edərək başsağlığı verib.
Ombudsman Aparatından “Report”a verilən məlumata görə, telefon danışığı zamanı Ombudsman Səbinə Əliyeva hadisə nəticəsində həlak olan şagirdlərin və məktəb əməkdaşlarının ailələrinə səbir, yaralananlara isə şəfa diləyib.
Qeyd edək ki, bu gün səhər saatlarında Tatarıstanın paytaxtı Kazan şəhərində yerləşən 175 nömrəli məktəbdə silahlı hücum və partlayış baş verməsi nəticəsində əksəriyyəti uşaqlar olmaqla, bir neçə nəfər həlak olub və xəsarət alıb.
Son xəbərlər
09:02
Cokoviç ABŞ Açıq çempionatında yarımfinala vəsiqə qazanıb
Fərdi09:00
Bakıda yol qəzasında xəsarət alan şəxs 18 gün sonra ölüb
Hadisə08:58
Foto
Binəqədi-Novxanı şosesində minik avtomobili yanıb
Hadisə08:57
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (03.09.2025)
Maliyyə08:52
Kamçatkada 6 bal gücündə zəlzələ baş verib
Region08:32
"Real"ın əfsanəsi Ten Haqdan sonra "Bayer 04" klubunun baş məşqçisi ola bilər
Futbol08:15
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb - SİYAHI
İnfrastruktur08:12
Gədəbəydə 55 yaşlı kişi qayalıqdan yıxılaraq ölüb
Hadisə07:57