Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT-nin aparıcı qurumları ilə əməkdaşlığını gücləndirir

Xarici siyasət
  • 20 oktyabr, 2025
  • 18:55
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT-nin aparıcı qurumları ilə əməkdaşlığını gücləndirir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT-nin aparıcı qurumları ilə əməkdaşlığını gücləndirir.

Bu barədə "Report"a qurumdan məlumat verilib.

Bildirilib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Rövşən Muradov Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Dr. Tedros Adanom Qebreyesus, BMT-nin Cenevrə üzrə Baş direktoru Tatyana Valovaya və qurumun Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) Baş katibi Rebeka Qrnspan ilə əməkdaşlıq perspektivlərini müzakirə edib.

Görüşlərin əsas gündəmində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ​2​026-ci ilin əvvəlində reallaşdıracağı iki böyük təşəbbüs ​- XIII Qlobal Bakı Forumu və Cenevrədə təşkil olunacaq ​3​5-ci Ali Səviyyəli Toplantıya hazırlıqlar dayanıb. Hər iki tədbirin beynəlxalq dialoq, çoxtərəfli əməkdaşlıq və qlobal çağırışlara cavab axtarışı baxımından xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Bununla yanaşı​, COP29-un nəticələri, bu nəticələrin davamlı şəkildə irəli aparılması və 2025-ci ildə Braziliyanın Bel​em şəhərində baş tutacaq COP30-a hazırlıq prosesi təşkil edib.

Son xəbərlər

Bütün Xəbər Lenti