Estoniyanın XİN rəhbəri: Azərbaycanın Aİ və NATO ilə əlaqələrini dəstəkləyirik

Xarici siyasət
  • 22 oktyabr, 2025
  • 12:33
Estoniyanın XİN rəhbəri: Azərbaycanın Aİ və NATO ilə əlaqələrini dəstəkləyirik

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ölkəsinin Azərbaycanın Avropa İttifaqı və NATO ilə əlaqələrini dəstəklədiyni bəyan edib.

"Report"un məlumatına görə, Bakıda səfərdə olan nazir Prezident İlham Əliyevlə görüşündə Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin inkişafındakı müsbət dinamikanın məmnunluq doğurduğunu deyib.

Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə Tirana və Kopenhagendə görüşlərini məmnunluqla xatırladı, Azərbaycanla Avropa İttifaqı arasında enerji, nəqliyyat bağlantıları və digər sahələrdə əməkdaşlıq üçün yeni perspektivlərin açıldığını qeyd etdi.

Son xəbərlər

Bütün Xəbər Lenti