Moldova səfirliyi: Seçki məntəqəsində səsvermə sakit keçib
Xarici siyasət
- 01 dekabr, 2014
- 07:44
Bakı. 1 dekabr. REPORT.AZ/ Bakıda Moldova səfirliyinin inzibati binasında seçki məntəqəsində səsvermə sakit keçib. Ümumilikdə səsvermədə Azərbaycanda yaşayan 145 Moldova vətəndaşı iştirak edib. Bu barədə "Report"a Moldovanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Səfirlik seçkilərin təşkilində göstərdikləri dəstəyə görə, mühafizə xidmətinə minnətdarlıq edib.
Noyabr ayının 30-da Moldovada növbəti parlament seçkiləri keçirilib. Həmin gün Moldovanın Bakıdakı səfirliyində 391 saylı seçki məntəqəsi açılıb.
Səsvermədə Azərbaycan ərazisində müvəqqəti və daimi yaşayan və 18 yaşına çatmış Moldova vətəndaşları iştirak ediblər.
Hazırda Moldova MSK səslərin 87%-ni sayıb.
Son xəbərlər
07:27
Gəncədə restoran qarşısında başlayan kütləvi dava qanla bitib
Hadisə07:19
Yaponiyada güclü zəlzələ baş verib
Digər ölkələr06:45
Tramp Heqseti silah ehtiyatları barədə məlumatları gizlətməkdə ittiham edib
Digər ölkələr06:22
Britaniyanın müdafiə naziri ianə qalmaqalının mərkəzindədir
Digər ölkələr05:42
Vens: Netanyahu ilə aramızda fikir ayrılıqları olur
Digər ölkələr05:08
CNN: Kommersiya gəmilərinin Hörmüz boğazı vasitəsilə hərəkəti bərpa olunub
Digər ölkələr04:48
NBC News: ABŞ-ın Yəmənə zərbələri nəticəsində yüzlərlə dinc sakin həlak olub
Digər ölkələr04:16
FİFA İnfantinonun uğursuz layihəsindən sonra reputasiyanı qorumaq üçün tədbirləri gücləndirəcək
Digər ölkələr03:51