Gəncədə kütləvi dava olub, bir nəfər ölüb - YENİLƏNİB
- 06 avqust, 2026
- 10:24
Gəncədə restoran qarşısında baş verən kütləvi davada ölüm faktı qeyd alınıb.
TƏBİB-dən "Report"un Qərb bürosuna verilən məlumata görə, avqustun 6-da saat 04:30 radələrində xəsarət alması səbəbilə üç kişi Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıb.
Hadisə nəticəsində 1983-cü il təvəllüdlü kişinin isə həkiməqədər ölüm faktı qeyd alınıb.
Gəncə şəhərində restoran qarşısında başlayan kütləvi dava qanla bitib.
"Report"un Qərb bürosunun məlumatına görə, dava zamanı 1983-cü il təvəllüdlü Azər Yusifov aldığı bıçaq yarasından hadisə yerində dünyasını dəyişib.
Bundan başqa 1995-ci il təvəllüdlü Rahib Bayramlı, 1998-ci il təvəllüdlü Tural İlyasov və onun həmyaşıdı Azamat Peşerskiy bıçaq xəsarətləri ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər.
Qətli törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü M. Məmmədzadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma başlanılıb.