Mirzoyan: Azərbaycanla əldə edilən bütün razılaşmalar faydalıdır

Xarici siyasət
  • 27 oktyabr, 2025
  • 14:49
Mirzoyan: Azərbaycanla əldə edilən bütün razılaşmalar faydalıdır
Ararat Mirzoyan

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bəyan edib ki, Azərbaycanla əldə edilən bütün razılaşmalar qarşılıqlı faydalıdır.

"Report"un Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, o, Ermənistan və Azərbaycan arasında sülh və kommunikasiyaların açılması barədə razılaşmalara əməl edilməsinə zəmanətlərlə bağlı suala cavab verərkən bunu bəyan edib.

"Belə zəmanətlər işləmir, biz bunu öz təcrübəmizdən də bildik", - o qeyd edib.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması dönüş nöqtəsidir.

Nazir, həmçinin müqavilələrin yerinə yetirilməsinə ən yaxşı təminatın üçüncü tərəfin, xüsusilə də fövqəldövlətin iştirakı ola biləcəyi fikrini rədd edib.

O, sülh sazişi nəticəsində guya Azərbaycanın hər şeyi, Ermənistanın isə heç nə əldə etməyəcəyi barədə bəyanatları da şərh edib: "Bizim əldə etdiyimiz şey bizim üçün faydalıdır. Azərbaycanın əldə etdiyi şey onlar üçün çox vacibdir. Bu halda hər iki tərəf razılaşmalara riayət etməkdə maraqlı olacaq. ABŞ Prezidenti Donald Trampın iştirakı əlavə dəyər hesab oluna bilər".

Son xəbərlər

Bütün Xəbər Lenti