Minskdə Azərbaycanın Zəfər Gününün beşinci ildönümü qeyd edilib
- 06 noyabr, 2025
- 19:07
Vətən müharibəsində Azərbaycanın Zəfərinin beşinci ildönümü münasibətilə Minskdə rəsmi qəbul təşkil edilib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Belarusdakı səfirliyi sosial media hesabında paylaşım edib.
Tədbirin fəxri qonağı Belarusun sənaye naziri Andrey Kuznetsov olub.
"Mərasimdə digər nazirlik və qurumların yüksək vəzifəli nümayəndələri, diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, ictimai xadimlər və Azərbaycan diasporunun üzvləri də iştirak ediblər", - paylaşımda bildirilir.
В Минске был организован официальный прием по случаю 5-й годовщины Дня Победы Азербайджана. С 🇧🇾 стороны в качестве главного гостя принял участие министр промышленности Республики Беларусь г-н А.Е. Кузнецов.
— AzEmbassy in Belarus (@azembassy_minsk) November 6, 2025
В мероприятии также приняли участие высокопоставленные представители… pic.twitter.com/Sv9OqlXz5d