"Erisioni" gürcü ansamblı gələn il Bakıda konsert proqramı ilə çıxış edəcək

İncəsənət
  • 06 noyabr, 2025
  • 20:27
Erisioni gürcü ansamblı gələn il Bakıda konsert proqramı ilə çıxış edəcək

Gürcüstan Dövlət Akademik Xalq Mahnı və Rəqs Ansamblı "Erisioni" Bakıda konsert proqramı ilə çıxış edəcək.

Bu barədə "Report"un yerli bürosuna açıqlamasında ansamblın bədii rəhbəri Şermandi Çukuaseli məlumat verib.

Onun sözlərinə görə, konsertin gələn ilin yanvar ayının 16-da olması planlaşdırılır.

Bədii rəhbər qeyd edib ki, tədbir Heydər Əliyev Sarayında olacaq:

"Konsert proqramı həm Gürcüstan, həm də Azərbaycan mədəniyyətləri arasında əməkdaşlığın gücləndirilməsi və xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır".

Rəqs Ansamblının direktoru İvane Çxaidze isə əlavə edib ki, hazırda həmin konsert proqramı üçün xüsusi hazırlıqlar gedir:

"Üç illik fasilədən sonra yenidən Bakıya gələcəyik. Azərbaycan tamaşaçıları bizi hər zaman böyük sevgi ilə qarşılayır. Yenidən görüşmək üçün səbrsizlənirik".

Son xəbərlər

Bütün Xəbər Lenti