Metyu Brayza: Azərbaycan-Ermənistan sülh sazişi imzalandıqdan sonra regiona investisiyalar artacaq

Xarici siyasət
  • 22 sentyabr, 2025
  • 13:28
Metyu Brayza: Azərbaycan-Ermənistan sülh sazişi imzalandıqdan sonra regiona investisiyalar artacaq
Metyu Brayza

Azərbaycan-Ermənistan sülh sazişi imzalandıqdan sonra regiona investisiyalar artacaq.

"Report" xəbər verir ki, bunu ABŞ-nin Azərbaycandakı sabiq səfiri Metyu Brayza (2010-2012) Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda deyib.

Onun sözlərinə görə, Azərbaycan öz qarşılıqlı əlaqələrini inkişaf etdirərək öz müstəqilliyini və təhlükəsizliyini daha da gücləndirir:

"Azərbaycan 27 il ərzində çox dəyişib. Mən o dövrlər hava limanından keçəndə ancaq yol, yanacaqdoldurma məntəqəsi görmüşdüm. Bu dəfə gələndə isə hər şey tamamilə dəyişib. Azərbaycanda 1994-cü ildən qəbul edilən qərarlara diqqət yetirin. Azərbaycan xarici investorları ölkəyə cəlb etdi".

M.Brayza əlavə edib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalandıqdan sonra regiona investisiyalar artacaq:

"Zəngəzur dəhlizi də bölgə üçün əhəmiyyət daşıyır. Çünki böyük potensialı var".

Son xəbərlər

Bütün Xəbər Lenti