WSJ: ABŞ müdafiə sənayesi üçün stibium istehsalını artıracaq

Digər ölkələr
  • 10 noyabr, 2025
  • 07:13
WSJ: ABŞ müdafiə sənayesi üçün stibium istehsalını artıracaq

ABŞ-da faydalı qazıntı hasilatı ilə məşğul olan şirkətlər Çin Xalq Respublikasının bəzi strateji ikili təyinatlı məhsulların ixracına qoyduğu qadağadan sonra ölkədə bu mineralın ehtiyatlarının azalması səbəbindən, müdafiə sənayesində istifadə olunan stibium hasilatını artıracaq.

"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat verib.

Qəzetin məlumatına görə, Çin bu mineralın ABŞ-yə ixracına məhdudiyyətlər tətbiq etdikdən sonra stibiumun qiyməti iki il əvvəllə müqayisədə dörd dəfə artıb. Bu mineraldan müdafiə sənayesində güllələrin və zireh dələn mərmilərin keyfiyyətinin yaxşılaşdırılması üçün geniş istifadə olunur.

Qeyd edilir ki, ABŞ uzun illərdir, stibiumun böyük miqyaslı hasilatını həyata keçirmir, buna görə də hazırda Amerika şirkətləri Alyaska və Aydaho ştatlarında hasilat sahələrini buna hazırlayırlar. Sentyabrda ABŞ Müharibə Nazirliyi Alyaskada mineral hasilatının sürətləndirilməsi üçün 43 milyon dollar ayırıb. Hökumət həmçinin stibium əridən zavodu idarə edən "United States Antimony" şirkəti ilə 245 milyon dollar dəyərində külçələrin tədarükü üçün müqavilə bağlayıb.

Qəzetin yazdığına görə, Ağ Ev ABŞ və Çin arasında ticarət müharibəsində atəşkəs şəraitində stibium tədarükünün bərpa olunacağını bəyan edib.

Son xəbərlər

Bütün Xəbər Lenti