Masxaraşvili: Dezinformasiya medianın ən kəskin problemlərindən biri olaraq qalır

Xarici siyasət
  • 05 dekabr, 2025
  • 15:31
Masxaraşvili: Dezinformasiya medianın ən kəskin problemlərindən biri olaraq qalır

Dezinformasiya medianın ən kəskin problemlərindən biri olaraq qalır, saxta xəbərlərlə mübarizə isə xüsusi ehtiyatlılıq tələb edir.

Bu barədə "Report"a "Georgian Times"ın direktoru Kaxa Masxaraşvili Bakıda keçirilən Azərbaycan-Gürcüstan Media Forumu çərçivəsində bildirib.

"Dezinformasiya mövzusu son dərəcə ağrılı mövzudur. Şəxsən mən süni intellektə o qədər də etibar etmirəm: əlbəttə, müsbət məqamlar var, lakin risklər də mövcuddur", - K.Masxaraşvili qeyd edib.

O əlavə edib ki, "Georgian Times" öz platformalarında dezinformasiya ilə fəal mübarizə aparır.

Onun sözlərinə görə, istifadəçilərin dəqiq məlumatı saxta xəbərlərdən ayırd edə bilməsi son dərəcə vacibdir.

"Bu, çox çətindir və bu səbəbdən tədbirləri gücləndirmək lazımdır. Hamı maksimum ehtiyatlı olmalıdır", - "Georgian Times"ın direktoru vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti