Macarıstan nümayəndəsi: Orta Dəhliz həm Şərq-Qərb, həm də Şimal-Cənub regionu üçün körpü rolunu oynayacaq

Xarici siyasət
  • 29 sentyabr, 2025
  • 12:17
Macarıstan nümayəndəsi: Orta Dəhliz həm Şərq-Qərb, həm də Şimal-Cənub regionu üçün körpü rolunu oynayacaq
Laszlo Vasa

Orta Dəhliz həm Şərq-Qərb, həm də Şimal-Cənub regionu üçün körpü rolunu oynayacaq.

"Report" xəbər verir ki, bunu Macarıstan Beynəlxalq Münasibətlər İnstitutunun aparıcı elmi işçisi Laszlo Vasa Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin beyin mərkəzlərinin konfransı çərçivəsində "İqtisadi qeyri-sabitlik dövründə TDT-nin dünya iqtisadiyyatı, ticarət və nəqliyyata verdiyi töhfələr" adlı panel müzakirədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Orta Dəhliz sabitlik ehtiva edən bir platformadır:

"Burada əldə olunan real güc türk dövlətlərinin tarixə əsaslanan bağlarına söykənir. Türk dövlətləri arasında mədəniyyət, nəqliyyat, iqtisadiyyat, xarici siyasət və digər sahələrdə əməkdaşlıq özünü göstərir. Bu mənada, TDT bir təşkilatdan daha çox ailə anlayışını ehtiva edir".

Macarıstan nümayəndə ölkəsinin Avropa və Avropa İttifaqına inteqrasiya üçün körpü rolunu oynamağa açıq olduğunu bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti