Lord Koaker: İlham Əliyevlə görüşdə müdafiə sahəsində əməkdaşlığın əsas istiqamətlərini müzakirə etdik
- 05 dekabr, 2025
- 14:37
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə məsələləri üzrə dövlət naziri Lord Vernon Koaker Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü məhsuldar və məzmunlu adlandırıb.
Bu barədə o, "Report"a müsahibəsində deyib.
"Azərbaycana səfərim çərçivəsində Prezident İlham Əliyevlə görüşdüm. Görüş məhsuldar və müsbət keçdi: müdafiə sahəsində qarşılıqlı əməkdaşlığın əsas istiqamətlərini müzakirə etdik və bunlar 2025-ci ilin oktyabrında Londonda imzalanmış yeni, daha geniş və daha ambisiyalı əməkdaşlıq proqramında tam əks olunub", - deyə dövlət naziri bildirib.
Xatırladaq ki, dekabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyev dövlət naziri Koakeri qəbul edib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.
Müsahibənin tam mətni ilə buradan tanış olmaq olar.