Kobaxidze: Azərbaycanla münasibətlərimizi inkişaf etdirməliyik
Xarici siyasət
- 02 oktyabr, 2025
- 18:49
Gürcüstan Azərbaycanla münasibətləri inkişaf etdirməlidir.
"Report"un Avropa bürosunun məlumatına görə, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Kopenhagendə azərbaycanlı jurnalistlərə bildirib.
"Biz qonşularımızla, o cümlədən Azərbaycanla çox yaxşı münasibətlərimizin olmasından məmnunuq. Biz bunu qoruyub saxlamalı və inkişaf etdirməliyik. Strateji tərəfdaşlıq və gözəl münasibətlər son dərəcə vacibdir", - o qeyd edib.
Baş nazirin sözlərinə görə, Kopenhagendəki görüş çərçivəsində həmkarları ilə də çox yaxşı danışıqlar aparıb.
"Biz bölgəmizdə sülhün təşviqi üçün əlimizdən gələn hər şeyi edəcəyik. Biz Cənubi Qafqaz regionundakı missiyamızı məhz belə görürük", - İ.Kobaxidze vurğulayıb.
Son xəbərlər
02:14
Fidan Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmaq şərtini açıqlayıb
Region01:49
DÇ-2026: Türkiyə səfərdə xal qazanıb, Şotlandiya öz meydanında qalib olub
Futbol01:25
Foto
Video
ABŞ lideri və Səudiyyə Ərəbistanının vəliəhdi Ağ Evdə danışıqlar aparıblar - YENİLƏNİB
Digər ölkələr01:07
"Qalatasaray" "Real Madrid"in hücumçusunu icarəyə götürmək istəyir
Futbol00:38
Foto
Akademik Musiqili Teatrda "Gülçöhrə və Əsgər" tamaşasının premyerası olub
İncəsənət00:19
Foto
"Azərbaycan dilini öyrənirik" kitabının təqdimat mərasimi olub
Ədəbiyyat00:12
Ermənistanda son 10 ayda 30 169 müəssisə fəaliyyətini dayandırıb
Region23:53
Avropa çempionatının seçmə mərhələsi: Azərbaycanın U-21 millisi qələbə qazanıb
Futbol23:43