"Qalatasaray" "Real Madrid"in hücumçusunu icarəyə götürmək istəyir
Futbol
- 19 noyabr, 2025
- 01:07
Türkiyənin "Qalatasaray" futbol klubu "Real Madrid"in cinah hücumçusu Rodriqo Qoesi icarəyə götürmək istəyir. Lakin Türkiyə klubu "Real Madrid" 24 yaşlı futbolçunun maaşının yarısını bir neçə ay ərzində ödəyəcəyi təqdirdə belə müqavilə imzalamağa hazırdır.
"Report" xəbər verir ki, bu barədə AS məlumat yayıb.
Məlumata görə, braziliyalı cinah oyunçusu daha çox oyun vaxtı qazanmaq üçün Çempionlar Liqası komandasına icarəyə verilə bilər.
Rodriqo Qoes cari mövsümdə 13 oyunda meydana çıxıb və iki məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" portalının məlumatına görə, futbolçunun bazar qiyməti 80 milyon avrodur.
Son xəbərlər
12:36
Azərbaycan Gürcüstandan yerli istehsal mallarının idxalını 8 %-dən çox azaldıb
Biznes12:35
Pakistanda partlayış olub, 16 nəfər ölüb, 14 nəfər yaralanıb
Digər ölkələr12:30
Sabah hava yağıntılı olacaq, güclü külək əsəcək
Ekologiya12:26
Xocalının Xanabad kəndinə ilk köç karvanı yola salınıb
Daxili siyasət12:25
Orian Sinkon-Trolyu: Fransa kanakların azadlıq mübarizəsini terrorizm kimi təqdim edir
Xarici siyasət12:25
Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 10 % artıb
Biznes12:19
Abbas Abbasov: BTQ müstəqillik hərəkatları ilə əməkdaşlıqda əhəmiyyətli nəticələr əldə edəcək
Xarici siyasət12:18
Foto
Hindistandan gətirilən bioloji aktiv qida məhsulu normativ tələblərə cavab verməyib
Sağlamlıq12:15