Kirill Babayev: Qlobal idarəetmə düzənində bütün ölkələrin maraqları tam nəzərə alınmır
- 09 sentyabr, 2025
- 11:01

Qlobal idarəetmə düzənində bütün ölkələrin maraqları tam nəzərə alınmır.
"Report" xəbər verir ki, bunu Milli AQEM Tədqiqat Mərkəzinin sədri, Çin və Müasir Asiya İnstitutunun direktoru Kirill Babayev AQEM Beyin Mərkəzləri Forumunun on üçüncü iclasında deyib.
Onun sözlərinə görə, İkinci Dünya Müharibəsindən nəticə çıxarılmalıdır.
"Yaşadığımız dünya dəyişikliklər, islahatlar tələb edir. Yeni hərbi blokların qarşısını almaqla biz həm də yeni müharibələrin qarşısını almış olarıq. Biz böyük Avrasiya məkanında əməkdaşlığı təşviq etməliyik. Çünki böyük dövlətlərin güclü əməkdaşlıq imkanları oısa da, buradakı kiçik dövlətlər də bu əməkdaşlığın parçasına çevrilməlidirlər. Təəssüf ki, hələ də qlobal idarəetmə düzənində bütün ölkələrin maraqları tam nəzərə alınmır. Danışıqlara, kompromislərə getmək bu gün olduqca çətinləşib. Ümid edirəm ki, bütün ölkələr öz səylərini səfərbər edib vahid Avrasiya platforması yarada biləcəklər", - o əlavə edib.
K.Babayev vurğulayıb ki, bütün ölkələr qarşılıqlı əməkdaşlıqda maraqlı olmalıdır: "Bu, bizi qlobal idarəetmə sisteminə aparar".