Mədəniyyət Nazirliyi bəzi media resurslarında yayılan saxta məlumatlara aydınlıq gətirib - YENİLƏNİB

Mədəniyyət siyasəti
  • 11 noyabr, 2025
  • 22:52
Mədəniyyət Nazirliyi bəzi media resurslarında yayılan saxta məlumatlara aydınlıq gətirib - YENİLƏNİB

Mədəniyyət Nazirliyi sosial şəbəkələrdə nazirliyin fəaliyyəti haqqında yalan və təhrif edilmiş məlumatların yayılmasına münasibət bildirib.

"Report" xəbər verir ki, Mədəniyyət Nazirliyinin yaydığı açıqlamada deyilir:

"Bir qrup şəxs tərəfindən Mədəniyyət Nazirliyin saytından paylaşılan "screen" görüntülərində istifadə etdikləri cihazlarda avtomatik tərcümə funksiyası aktiv olduğu üçün mətn təhrif edilmiş şəkildə əks olunub. Araşdırılmadan və yoxlanılmadan bu kimi təhrif edilmiş məlumatların yayılması nazirliyin nüfuzuna xələl gətirir və insanlarda düzgün olmayan rəy formalaşdırır.

Xahiş edirik ki, bu cür səhv informasiya verməklə ictimai fikrin yanlış istiqamətə yönləndirilməsinə səbəb olmayasınız.

Məsələnin dəqiq və obyektiv qiymətləndirilməsi üçün məsələ ilə bağlı rəy bildirən bütün şəxslərin sözügedən xəbərlərlə birbaşa Mədəniyyət Nazirliyinin rəsmi saytı üzərindən tanış olmağını, bu zaman iaə avtomatik tərcümə funksiyasını deaktiv etməyini vacib hesab edirik. Orijinal mətnlər Mədəniyyət Nazirliyinin saytında aydın və düzgün şəkildə təqdim olunub".

Sözügedən xəbərlərin orijinal linklərini təqdim edir:

-https://culture.gov.az/az/news/news-detail/xarici-olkelerdeki-azerbaycan-medeniyyet-merkezlerinin-hesabat-iclasi-kecirilib/2854

-https://culture.gov.az/az/announcements/qeyri-hokumet-teskilatlarinin-istiraki-ile-teqdimat-sessiyasi-kecirilecek/78

-https://culture.gov.az/az/news/news-detail/azerbaycan-medeniyyet-elcilerinin-forumu-panel-muzakireleri-ile-davam-edib/2855

Son günlər bəzi media resurslarında Mədəniyyət Nazirliyinin fəaliyyəti ilə bağlı həqiqəti əks etdirməyən, rəsmi mənbələrə əsaslanmayan saxta məlumatlar yayılıb.

"Report" xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin yaydığı açıqlamada bildirilir.

Nazirlik ictimaiyyətin etibarlı və dəqiq məlumatlandırılması məqsədilə yalnız rəsmi açıqlamalara və təsdiqlənmiş məlumatlara istinad edilməsini zəruri hesab edir.

"Rəsmi təsdiqini tapmamış, qərəzli və dövlət qurumunun nüfuzunu ləkələməyə yönəlmiş məlumatların yayımlanması Azərbaycan Respublikasının qanunvericliyinin tələblərini pozmaqla yanaşı, hüquqi məsuliyyət tədbirlərinin görülməsinə əsas yaradır", - açıqlamada deyilir.

Son xəbərlər

Bütün Xəbər Lenti