Kayrat Sarıbay: Azərbaycanın sədrliyi AQEM-in gələcəyini ən yaxşı şəkildə formalaşdıracaq

Xarici siyasət
  • 09 sentyabr, 2025
  • 11:18
Kayrat Sarıbay: Azərbaycanın sədrliyi AQEM-in gələcəyini ən yaxşı şəkildə formalaşdıracaq

Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQEM) sədrliyi təşkilatın gələcəyini ən yaxşı şəkildə formalaşdıracaq.

"Report" xəbər verir ki, bunu AQEM-in Baş katibi Kayrat Sarıbay Bakıda keçirilən təşkilatın Beyin Mərkəzləri Forumunun 13-cü sessisyası çərçivəsində jurnalistlərə bildirib.

K.Sarıbay vurğulayıb ki, AQEM-in gündəliyi kompleks təhlükəsizliyi, siyasi, ekoloji və humanitar ölçüləri, həmçinin Asiyada və onun hüdudlarından kənarda iqtisadi inteqrasiya və nəqliyyat əlaqələrini əhatə edir.

"Bakıda biz Azərbaycanın çoxtərəfli əməkdaşlığı necə dəstəklədiyini görürük. AQEM-in Beyin Mərkəzləri Forumunda qarşılıqlı fəaliyyət və əməkdaşlıq prosesini necə irəlilədə biləcəyimizi müzakirə edəcəyik. Çünki təhlükəsizlik olmadan inkişaf mümkün deyil, bir-birinə inam olmadan isə təhlükəsizlik mümkün deyil", - K.Sarıbay vurğulayıb.

O qeyd edib ki, AQEM-in əsas missiyası üzv dövlətlər arasında etimadı inkişaf etdirməkdir: "Səmərəli bir qurum lazımdır və buna görə də AQEM tam hüquqlu beynəlxalq təşkilata çevrilmək üçün transformasiya prosesindən keçir. Əminəm ki, Azərbaycanın sədrliyi təşkilatın gələcəyini ən yaxşı şəkildə formalaşdıracaq".

Son xəbərlər

Bütün Xəbər Lenti