Kamran Əliyev Qarsda səfərdədir
- 15 iyun, 2026
- 20:15
Azərbaycanın Baş Prokuroru Kamran Əliyev Türkiyənin Qars şəhərində səfərdədir.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Qarsdakı Baş Konsulluğu "X" sosial şəbəkə hesabında məlumat yayıb.
"15 iyun 2026-cı il tarixində Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev və Türkiyə Respublikası Ali Məhkəməsinin Respublika Baş Prokuroru Muhsin Şentürk Qars Ədliyyəsini ziyarət ediblər", - məlumatda bildirilib.
Qeyd olunub ki, K. Əliyev və M. Şentürk Baş Konsulluqda da olublar.
15 iyun 2026-cı il tarixində Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev və Türkiyə Respublikası Ali Məhkəməsinin Respublika Baş Prokuroru Muhsin Şentürk Qars Ədliyyəsini ziyarət etmişlər.
— Consulate in Kars (@ConsulateKars) June 15, 2026
15 Haziran 2026 tarihinde Azerbaycan Cumhuriyeti Başsavcısı Kamran Aliyev ile… pic.twitter.com/GHqY8wSe8j