IAJ-ın vitse-prezidenti: Məhkəmə hakimiyyətinin büdcə müstəqilliyini təmin etmək zəruridir

Xarici siyasət
  • 14 oktyabr, 2025
  • 11:17
IAJ-ın vitse-prezidenti: Məhkəmə hakimiyyətinin büdcə müstəqilliyini təmin etmək zəruridir
Marcelle Kouassi

Münasibətləri sağlam şəkildə bərpa etmək üçün məhkəmə hakimiyyətinin büdcə müstəqilliyini effektiv şəkildə təmin etmək zəruridir.

"Report" xəbər verir ki, bunu Beynəlxalq Hakimlər Assosiasiyasının (IAJ) vitse-prezidenti və Afrika qrupunun prezidenti Marcelle Kouassi Bakıda "Məhkəmə hakimiyyəti ilə dövlətin digər iki hakimiyyət qolu arasında əlaqələr" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Vitse-prezident qeyd edib ki, qurumlararası dinamik dialoqun olmaması hüquqi dövlətin qurulmasını zəiflədir:

"Məhkəmə hakimiyyəti əsasən icraedici hakimiyyətdən asılı vəziyyətdə qalır, qanunverici hakimiyyət isə proseslərdən kənarda durur. Məhkəmə və icraedici hakimiyyət arasındakı münasibətlər hələ də davamlı problemlərlə müşayiət olunur, bunlara hakimlərin təyin və intizam məsələlərinə siyasi müdaxilə, struktur büdcə asılılığı, maddi resursların çatışmazlığı, etik və şəffaflıq boşluğu, bəzən korrupsiya ilə qidalanan mənəvi böhran daxildir.

Münasibətləri sağlam şəkildə bərpa etmək üçün məhkəmə hakimiyyətinin büdcə müstəqilliyini effektiv şəkildə təmin etmək, Ali Məhkəmə şuralarının tərkibi və fəaliyyət mexanizmini düzəltmək, hakimlərin status təminatlarını, yəni onların dəyişilməzliyini və qərəzsiz intizam mexanizmini gücləndirmək zəruridir".

Son xəbərlər

Bütün Xəbər Lenti