Almaniya kansleri Avropa Fond Birjasının yaradılmasını təklif edib
Digər ölkələr
- 16 oktyabr, 2025
- 18:01
Almaniya kansleri Fridrix Merts ABŞ və Asiyadan olan rəqiblərlə rəqabətin güclənməsi şəraitində Aİ şirkətlərinin mövqeyinin möhkəmləndirilməsi üçün Ümümavropa Fond Birjasının yaradılması təşəbbüsü ilə çıxış edib.
"Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi bildirib.
Merts qeyd edib ki, Avropa müəssisələrinin kifayət qədər tutumlu və inkişaf etmiş kapital bazarına ehtiyacı var. O, "BioNTech" kimi texnologiya şirkətlərinin IPO üçün Avropanı deyil, Nyu-Yorku seçməsindən təəssüfünü bildirib.
"Bu, gələcəyimiz və Avropanın dünya iqtisadiyyatında oyunçu olaraq qalacağı, yoxsa Asiya və ABŞ-dəki iri mərkəzlərin əlində oyuncağa çevriləcəyi ilə bağlı məsələdir", - kansler bəyan edib.
Son xəbərlər
00:43
Ukrayna sülh planı ilə bağlı ABŞ-yə üç sənəd təqdim edəcək
Digər ölkələr00:25
Paşinyan: "Tramp marşrutu" Orta Dəhlizin vacib tərkib hissəsinə çevrilə bilər
Region23:54
Zelenski ABŞ və Aİ-ni Ukraynada seçkilərin təhlükəsizliyini təmin etməyə çağırıb - YENİLƏNİB
Digər ölkələr23:45
Biləsuvar sakini Albaniyada bədbəxt hadisənin qurbanı olub
Hadisə23:35
ABŞ-nin Energetika Nazirliyi 2025-2026-cı illərdə Azərbaycanın neft hasilatı ilə bağlı proqnozunu dəyişməyib
Energetika23:22
ABŞ Energetika Nazirliyi 2025-ci ildə "Brent"in qiymət proqnozunu bir barel üçün 68,91 dollara qaldırıb
Energetika23:07
KİV: HƏMAS yalnız Fələstin dövlətinin yaradılması şərtilə tərk-silah olmağa razıdır
Digər ölkələr22:49
Qubada zəlzələ olub
Hadisə22:47