Əbdulhakim Eşmuratov: Özbəkistanla Azərbaycan arasında TDT çərçivəsində vacib dialoq mövcuddur

Xarici siyasət
  • 29 oktyabr, 2025
  • 11:54
Əbdulhakim Eşmuratov: Özbəkistanla Azərbaycan arasında TDT çərçivəsində vacib dialoq mövcuddur

Özbəkistanla Azərbaycan arasında Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində vacib dialoq mövcuddur.

"Report" xəbər verir ki, bunu Özbəkistan Ali Məclis Senatının Məhkəmə-Hüquq məsələləri və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Əbdulhakim Eşmuratov Milli Məclisdə keçirilən "Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi" mövzusuna həsr olunmuş beynəlxalq parlament konfransında deyib.

Onun sözlərinə görə, son illərdə Azərbaycan və Özbəkistan rəhbərlərinin siyasi iradəsi nəticəsində münasibətlər yeni mərhələyə yüksəlib:

"Qəbələ sammiti də iki ölkə arasında münasibətlərin inkişafına növbəti töhfə oldu".

Komitə sədri bildirib ki, Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyətini uğurla davam etdirir:

"Minlərlə azərbaycanlı Özbəkistanda dinc şəraitdə yaşayır. Türk Dövlətləri Təşkilatı çərçivəsində ölkələrimiz arasında vacib dialoq mövcuddur. Azərbaycanla Özbəkistan qanunvericlik və parlament səviyyəsində də səmərəli əməkdaşlıq əlaqələri qurub. Bu xüsusda parlamentlər arasında da əlaqələr inkişaf edir".

Ə.Eşmuratov vurğulayıb ki, Azərbaycanda konstitusiya əsasında görülən işlər mühüm əhəmiyyət daşıyır.

Son xəbərlər

Bütün Xəbər Lenti