Ceyhun Bayramov Omanın Kral Ofisinin naziri ilə görüşüb
- 29 oktyabr, 2025
- 10:02
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Omana səfəri çərçivəsində bu ölkənin Kral Ofisinin naziri General Sultan bin Məhəmməd əl-Nomani ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan XİN başçısı "X"də yazıb.
Bildirilib ki, görüş zamanı Azərbaycan–Oman əlaqələrinin dərinləşdirilməsi ilə bağlı səmərəli fikir mübadiləsi aparılıb, ticarət, investisiya, turizm, təhsil və humanitar sahələrdə əməkdaşlığın əhəmiyyətini vurğulanıb.
Həmçinin dialoqun və yüksək səviyyəli təmasların genişləndirilməsinin, eləcə də BMT, İƏT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyi qeyd edilib. Cari regional vəziyyət də müzakirə mövzusu olub.
Pleased to meet General Sultan bin Mohammed Al Nomani, Minister of the Royal Office of #Oman.
— Jeyhun Bayramov (@Bayramov_Jeyhun) October 29, 2025
We had a constructive exchange on deepening Azerbaijan–Oman ties, highlighting cooperation in trade, investment, tourism, education & humanitarian fields.
We underlined the importance… pic.twitter.com/UgAKlBwGRw