Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı vəziyyəti müzakirə edib
Xarici siyasət
- 11 sentyabr, 2025
- 11:34

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistan Baş nazirinin müavini, xarici işlər naziri İshaq Darla telefon danışığı zamanı regiondakı vəziyyəti müzakirə ediblər.
"Report" Pakistan KİV-inə istinadən xəbər verir ki, tərəflər ikitərəfli maraq doğuran məsələlərin müzakirəsi ilə yanaşı, ŞƏT Sammiti (Çinin Tiencin şəhərində 31 avqust - 1 sentyabr tarixlərində keçirilib - müəl.) çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Pakistanın Baş naziri Şahbaz Şərifin görüşünün nəticələrini nəzərdən keçiriblər.
Onlar həmçinin regionda və beynəlxalq müstəvidə son hadisələri dəyərləndirib və Pakistan ilə Azərbaycan arasında çoxşaxəli tərəfdaşlığın daha da dərinləşdirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər.
Son xəbərlər
10:38
IMF: AMB-nin valyuta ehtiyatları bu ilin sonunda 11,9 milyard dollar olacaq
Maliyyə10:35
"Azərkosmos": Azərbaycan beynəlxalq peyk bazarında etibarlı tərəfdaş kimi tanınır
İKT10:27
Gümrü meri həbs edilib
Region10:24
Azərbaycanda Kosmik Aparatların İnkişafı Mərkəzinin tikintisinə başlanılacaq
İKT10:23
Foto
Naxçıvanda bir sıra kənddaxili yollar yenidən qurularaq istifadəyə verilib
İnfrastruktur10:21
Türkiyə və Gürcüstan səhiyyə sahəsində əməkdaşlıq edəcək
Region10:14
Bakıda avtomobildə atasının qucağından sürüşən uşaq ölüb
Hadisə10:13
Foto
"Qaradağ" GES-də 1 milyard kilovat-saat elektrik enerjisi istehsal olunub
Energetika10:12