Bosniya və Herseqovina Ermənistanın hücumlarını pislədi
Xarici siyasət
- 29 sentyabr, 2020
- 16:21
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.
"Report" xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri,
Dağlıq Qarabağ bölgəsində münaqişənin gərginləşməsinə səbəb olan Ermənistan artilleriya hücumlarını kəskin şəkildə pislədiyimi bildirmək istəyirəm.
Azərbaycan Respublikası ilə çox sıx dostluq münasibətləri olan Bosniya və Herseqovina dövləti Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edir.
Ümid edirəm ki, bütün bölgədə sülhə təhlükə törədən silahlı qarşıdurmalara ən qısa müddətdə son qoyulacaq və münaqişə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq danışıqlar vasitəsilə dinc həllini tapacaqdır".
Son xəbərlər
13:31
"Milan" "Mançester Siti"nin futbolçusu ilə maraqlanır
Futbol13:26
Nazir müavini: Sertifikasiya prosesi müəllim nüfuzunu artırıb, məktəblərə inam yaradıb
Elm və təhsil13:22
Rusiyanın Kiyevə gecə hücumu nəticəsində iki nəfər ölüb – YENİLƏNİB
Digər ölkələr13:21
Bakıda sosial evlərdə mənzil almaq adı ilə vətəndaşların 90 min manatı mənimsənilib
Hadisə13:20
Azərbaycandakı bankların nizamnamə kapitalının məbləğinə görə renkinqi (01.10.2025)
Maliyyə13:12
Özbəkistan və BMT 2026-2030-cu illər üçün əməkdaşlıq proqramı imzalayıb
Region13:09
KİV: Əfqanıstan və Pakistan nümayəndələri İstanbulda danışıqlar aparır
Digər ölkələr13:05
Sudan ordusu Nyala hava limanında yük təyyarəsini partladıb
Digər ölkələr13:04