Özbəkistan və BMT 2026-2030-cu illər üçün əməkdaşlıq proqramı imzalayıb

Region
  • 25 oktyabr, 2025
  • 13:12
Özbəkistan və BMT 2026-2030-cu illər üçün əməkdaşlıq proqramı imzalayıb

Özbəkistan və BMT 2026-2030-cu illər üçün davamlı inkişaf üzrə əməkdaşlıq proqramı imzalayıblar.

"Report"un məlumatına görə, bu barədə Özbəkistan İqtisadiyyat və Maliyyə Nazirliyi məlumat verib.

Proqram Daşkənddə BMT-nin 80 illik yubileyinə həsr olunmuş tədbirdə imzalanıb. İştirakçılar qeyd ediblər ki, BMT ilə əməkdaşlıq sayəsində Özbəkistan Davamlı İnkişaf Məqsədləri (DİM) reytinqində 19 pillə irəliləyib.

Həmçinin vurğulanıb ki, bu ilin sentyabr ayında Nyu Yorkda BMT Baş Assambleyası çərçivəsində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və BMT-nin Baş katibi Antoniu Quterriş arasında keçirilən yüksək səviyyəli görüş zamanı DİM-lərə nail olmaq üçün birgə layihələrin həyata keçirilməsi məqsədilə BMT ilə 2026-2030-cu illər üçün davamlı inkişaf üzrə əməkdaşlıq proqramının qəbul edilməsi barədə razılığa gəlinib.

Son xəbərlər

Bütün Xəbər Lenti