Baş katib: Azərbaycanın əməyin mühafizəsi sahəsində gördüyü işlər təqdirəlayiqdir
- 16 dekabr, 2025
- 12:06
Azərbaycanın əməyin mühafizəsi sahəsində gördüyü işlər təqdirəlayiqdir.
"Report" xəbər verir ki, bunu Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Luk Triaql Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayında videoçıxışı zamanı deyib.
O, Azərbaycanı beynəlxalq konfederasiyanın etibarlı üzvü kimi yüksək qiymətləndirdiklərini bildirib:
"Azərbaycanın əməyin mühafizəsi üzrə işçi hüquqları sahəsində gördüyü işlər təqdirəlayiqdir".
L.Triaql həmçinin bildirib ki, Azərbaycan istər əmək mühafizəsi, istər hüquqi dəstək, istərsə də sosial xidmətlər sahəsində vacib addımlar atır.
"Biz dünyada həmkarlar ittifaqlarının fəaliyyətini dəstəkləyirik. Bu ilin iyun ayında Beynəlxalq Əmək Təşkilatının Bioloji Təhlükələrə dair Konvensiyasını və tövsiyəsini qəbul etdik. Bu, ilk dəfə olaraq, qlobal standartların müəyyən edilməsidir və sənəddə profilaktika, səhiyyə xidmətlərinə çıxış və kompensasiya ilə bağlı güclü müddəalar yer alır. Növbəti addım konvensiyanın qüvvəyə minməsi üçün ən azı iki ölkənin ratifikasiyası etməsidir. Ümid edirik ki, Azərbaycan bu ratifikasiyanı həyata keçirən ilk ölkələrdən biri olacaq".