Sumqayıtda 16 yaşlı gənc bıçaqlanıb, həmyaşıdı şübhəli bilinir
Hadisə
- 16 dekabr, 2025
- 23:20
Sumqayıtda 16 yaşlı gənc bıçaqlanıb.
"Report"un yerli bürosu məlumat verir ki, hadisə 16-cı mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər sakini, 2009-cu il təvəllüdlü Şahmuradov Tunar Rəşad oğlu münaqişə zəminində bıçaq xəsarətləri alıb.
Polis əməkdaşları tərəfindən zərərçəkənin qonşusu, 2009-cu il təvəllüdlü Adıgözəlli Nicat Teymur oğlu şübhəli şəxs qismində saxlanılıb.
Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, saat 17:30 radələrindəTəcili Tibbi Yardım Xəstəxanasına 2009-cu il təvəllüdlü şəxs (kişi) hospitalizasiya olunub. Yuxarı ətraf qurşağının açıq yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
Son xəbərlər
10:55
"Böyük Dəbilqə": Balabəy Ağayev finala vəsiqə qazanıb
Fərdi10:50
İndoneziyada zəlzələdən sonra 780-dən çox təkan qeydə alınıb, üç nəfər ölüb
Digər ölkələr10:49
FHN: İyunun əvvəlindən indiyədək qeyri-çimərlik ərazilərdə 12 nəfər batıb
Hadisə10:43
Konstitusiya Məhkəməsi: Borc müqavilələri yazılı sübutlarla təsdiq edilməlidir
Daxili siyasət10:38
Foto
Enerji Dialoqu Platforması çərçivəsində gənc media nümayəndələri Türkiyəyə səfər edib
Energetika10:37
AZPROMO: Sənaye zonalarına 5 milyard dollardan çox investisiya qoyulub
Sənaye10:30
Foto
Azərbaycan Pakistanla iqtisadi əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib
Biznes10:26
Foto
GEROPHARM şəkərli diabetin 2-ci tipi və piylənmənin müalicəsi üçün nəzərdə tutulan preparatlara "Halal" sertifikatı alıb
Sağlamlıq10:25
Foto