Baş katib: Azərbaycanın AQEM-ə sədrliyi bütün sahələrdə etimad tədbirlərinin gücləndirilməsinə yönəlib

Xarici siyasət
  • 09 sentyabr, 2025
  • 10:01
Baş katib: Azərbaycanın AQEM-ə sədrliyi bütün sahələrdə etimad tədbirlərinin gücləndirilməsinə yönəlib

Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi (2024-2026-cı illər) bütün istiqamətlərdə etimad tədbirlərinin təkmilləşdirilməsinə yönəlib.

"Report"un məlumatına görə, bu barədə AQEM-in Baş katibi Kayrat Sarıbay Bakıda təşkilatın üzv ölkələrinin Beyin Mərkəzləri Forumunun 13-cü iclasında bildirib.

"Azərbaycanın sədrliyi siyasi, iqtisadi və humanitar sahələr daxil olmaqla bütün istiqamətlərdə etimad tədbirlərinin təkmilləşdirilməsinə yönəlib. Bu kontekstdə hazırkı forum nəinki vaxtında keçirilir, həm də AQEM-in ümumi strateji məqsədlərinə uyğundur", - o qeyd edib.

K.Sarıbay qeyd edib ki, forumun Bakıda keçirilməsi rəmzi məna daşıyır: "Regionun elm, iqtisadiyyat, texnologiya və diplomatiya sahələrində artan təsiri yeni imkanlar açır, lakin eyni zamanda birgə səylər və məsuliyyətli yanaşma tələb edir".

AQEM-in Baş katibi əlavə edib ki, təşkilat Asiyada münaqişələrin və çağırışların müzakirəsi üçün unikal platformaya çevrilir, burada bir masa arxasında müxtəlif mövqelərə malik dövlətlər də yer ala bilər.