Bakıda TDT Ağsaqqallar Şurasının 18-ci iclası keçirilib - YENİLƏNİB

Xarici siyasət
  • 04 noyabr, 2025
  • 12:24
Bakıda TDT Ağsaqqallar Şurasının 18-ci iclası keçirilib - YENİLƏNİB

Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının 18-ci iclası keçirilib.

"Report" xəbər verir ki, iclasda TDT Ağsaqqallar Şurasının sədri, Türkiyə üzrə təmsilçi Binali Yıldırım, Azərbaycandan Həsən Həsənov, Özbəkistandan Sodiqjon Turdiyev, Qazaxıstandan İkram Adırbek, Qırğızıstandan Apas Cumaqulov və Şimali Kipr Türk Respublikasından (ŞKTR) Oktay Öksüzoğlu, həmçinin TDT Baş katibin müavini Ömər Kocaman çıxış ediblər.

İclasda qurumun zirvə görüşləri, təşkilatdaxili məsələlər, türk dövlətləri arasındakı çoxşaxəli əlaqələr, eləcə də ortaq türk əlifbası və tarixi məsələləri müzakirə olunub.

Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının 18-ci iclası keçirilir.

"Report" xəbər verir ki, iclasda Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan və Şimali Kipr Türk Respublikasının (ŞKTR) təmsilçiləri iştirak edirlər.

Tədbirdə TDT-nin Zirvə görüşləri, eləcə də təskilatdaxili bir sıra məsələlər müzakirə olunacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti