Bakıda Mərkəzi Afrikada Belçika müstəmləkəçiliyi və ağır fəsadları müzakirə olunub

Xarici siyasət
  • 30 oktyabr, 2025
  • 13:58
Bakıda Mərkəzi Afrikada Belçika müstəmləkəçiliyi və ağır fəsadları müzakirə olunub

Bakıda Mərkəzi Afrikada Belçika müstəmləkəçiliyi və onun bu günədək davam edən ağır fəsadları müzakirə olunub.

"Report" xəbər verir ki, Bakı Təşəbbüs Qrupunun (BTQ) İcraçı direktoru Abbas Abbasov, beynəlxalq ekspertlər, xarici ölkə universitetlərinin tədqiqatçıları və digər qonaqların qatıldığı tədbirdə konqolu tədqiqatçı Dieudonné Kwebe-Kimpele BTQ-nin müstəmləkəçiliklə mübarizəsini təqdir etdiyini bildirib.

Konqo Demokratik Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyinin müşaviri Kitulu Aduyenzi isə müstəmləkə tarixininə qarşı laqeyd münasibətin aradan qaldırılması üçün təzyiq amilinin vacib olduğunu söyləyib.

Eyni zamanda çıxışçılar Belçikanın keçmiş müstəmləkələri – Konqo Demokratik Respublikası, Ruanda və Burundi, onların müstəmləkəçilik keçmişi ilə bağlı bir sıra faktları açıqlayıblar.

Müzakirələrdə sözügedən ölkələrdə yerli əhaliyə qarşı törədilmiş vəhşiliklər, etnik bölünmə siyasəti kimi məsələlər xüsusi vurğulanıb.

Tədbir iştirakçıları həmçinin BTQ-nin müstəmləkəçiliklə bağlı fəaliyyətini yüksək qiymətləndiriblər.

Tədbir sual-cavab sessiyası və qarşılıqlı müzakirə formatında davam etdirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti