AYNA: 525 nömrəli marşrut xəttinə daha 10 avtobus cəlb olunur
İnfrastruktur
- 06 yanvar, 2026
- 18:20
Yanvarın 7-dən Masazır qəsəbəsini Bakı metrosunun "Memar Əcəmi" stansiyası ilə əlaqələndirən 525 nömrəli müntəzəm marşrut xəttinə daha 10 CNG texnologiyası ilə təchiz edilən "King Long" markalı avtobus cəlb ediləcək.
"Report" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Marşrut üzrə 25 avtobus 6-7 dəqiqə intervalla sərnişinlərə xidmət göstərəcək.
Qeyd edək ki, daşıyıcı tərəfindən marşrut üzrə avtobuların bir qismi 2025-ci ildə yenilənib. Hazırda isə yeni alınan və sərnişin tutumu yüksək olan nəqliyyat vasitələri xətt üzrə istismara buraxılır.
Bildirilir ki, yaxın aylarda marşrut üzrə avtobusların digər qisminin də yenilənməsi təmin ediləcək.
Son xəbərlər
20:23
Rezai: İranın raket proqramı və uranın zənginləşdirilməsi danışıqlar mövzusu deyil
Region20:17
"Fitch" SOCAR-ın reytinqlərini dünyanın aparıcı neft-qaz şirkətləri sırasında qiymətləndirib
Energetika20:16
Güləş üzrə Azərbaycan çempionatında klassiklərin yarışına yekun vurulub
Fərdi20:15
İsraildə Təhlükəsizlik Şurasının iclası başlayıb – YENİLƏNİB
Digər ölkələr20:10
Almaniya Kansleri İranı danışıqlara çağırıb
Digər ölkələr20:05
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XII tura start verilib
Komanda19:59
Azərbaycanın "Avroviziya 2026"ya təmsilçi seçiminin final mərhələsinə 3 iştirakçı keçib
Mədəniyyət siyasəti19:52
İsveçrənin vitse-prezidenti və ATƏT-in Baş katibi Rusiyaya gediblər
Digər ölkələr19:47
Foto