Bakıda keçirilən fiqurlu konkisürmə üzrə Qran-pri turnirinə yekun vurulub

Fərdi
  • 26 sentyabr, 2025
  • 20:50
Bakıda keçirilən fiqurlu konkisürmə üzrə Qran-pri turnirinə yekun vurulub

Bakıda keçirilən yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-pri turnirinə yekun vurulub.

"Report"un məlumatına görə, yarışım sonuncu günündə 30 ölkədən olan 35 qadın idmançı sərbəst proqram üzrə çıxış edib.

Ümumi nəticələrə əsasən Yuseonq Kim (Cənubi Koreya) 185.99 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Mayuko Oka (Yaponiya)184.22 xalla ikinci, Sofia Şifrin (İsrail) 176.95 xalla üçüncü yerə sahib çıxıb.

Mükafatlandırma mərasimində buz üstündə rəqs proqramı üzrə cütlüklər və sərbəst proqram üzrə çıxış edən qadın idmançılar təltif olunublar.

Qaliblərə medalları Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev və Federasiyasının Baş katibi Günel Bədəlova təqdim edib.

Qeyd edək ki, Qran-Pri Dövlət Turizm Agentliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Qış İdman Növləri Federasiyası və Beynəlxalq Konkisürmə Birliyinin təşkilatçılığı ilə keçirilib. Turnirdə 38 ölkədən 92 idmançı iştirak edib.

Yarışda Azərbaycanı fiqurlu konkisürmənin tək konkisürmə növündə idmançılarımız Səbinə Əliyeva, Leyli Axundova və Arina Kaluqina, buz üstündə rəqs növü üzrə isə Anna Obrayn və Dreyk Tonq təmsil ediblər.

Son xəbərlər

Bütün Xəbər Lenti