Azərbaycan və Moldova parlamentlərarası əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər
- 16 dekabr, 2025
- 20:18
Azərbaycanın Kişineudakı səfiri Ülvi Baxşəliyev və Moldova parlamentinin spikeri İqor Qrosu parlamentlərarası əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər.
"Report" xəbər verir ki, bu barədə Ülvi Baxşəliyev "X"dəki paylaşımında yazıb.
"Biz Azərbaycan və Moldova arasında parlamentlərarası əməkdaşlığın gücləndirilməsini müzakirə etdik və qarşılıqlı maraq doğuran məsələlər üzrə ikitərəfli səfərlərin, dialoqun və daimi qarşılıqlı əlaqələrin vacibliyini vurğuladıq", – səfir qeyd edib.
Honoured to be received by the Speaker of the Parliament of the 🇲🇩H.E. Mr. Igor Grosu. We discussed strengthening interparliamentary cooperation between 🇦🇿🇲🇩and stressed the importance of bilateral visits, dialogue, and continued engagement on issues of mutual interest. pic.twitter.com/PZOBxnBnHq
— Ulvi Bakhshaliyev (@UlviB1972) December 16, 2025