Azərbaycanla İran arasında mədəniyyət və incəsənət sahəsində əməkdaşlıq müzakirə olunub
- 08 sentyabr, 2025
- 11:34

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İranın mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehi ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfirliyinin "X" hesabında paylaşım edilib.
Bildirilib ki, görüşdə hər iki ölkənin xalqlarının ortaq tarixi, mənəvi və mədəni bağlılığının əlaqələrin möhkəmlənməsinə verdiyi töhfə vurğulanaraq mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın önəmi qeyd olunub:
"Qarşılıqlı olaraq mədəniyyət günlərinin hər iki ölkənin paytaxt və regionlarında keçirilməsi, müştərək sərgilərin, konfransların, səfərlərin təşkil olunması, dini, tarixi-mədəni abidələrinin qorunması və digər müştərək layihələrin icrası istiqamətində fikir mübadiləsi aparılıb".
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə İran İR mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehi ilə görüşüb. Görüşdə hər iki ölkənin xalqlarının ortaq tarixi, mənəvi və mədəni bağlılığının əlaqələrin….👇https://t.co/1k0ep7BH4A pic.twitter.com/nr2kFKM25h
— Azerbaijan Emb.🇦🇿 to Iran (@AzEmbIran) September 8, 2025