Rubio AK-nın "X"i  cərimələməsini Amerika xalqına qarşı hücum adlandırıb

Digər ölkələr
  • 06 dekabr, 2025
  • 00:14
Rubio AK-nın Xi  cərimələməsini Amerika xalqına qarşı hücum adlandırıb

Avropa Komissiyasının (AK) "X" sosial şəbəkəsini cərimələmək qərarı Amerika xalqına qarşı hücumdur.

"Report"un məlumatına görə, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio özünün "X" səhifəsində bildirib.

"Avropa Komissiyasının "X"i 140 milyon dollar cərimələmək qərarı təkcə sosial şəbəkəyə hücum deyil, bu, xarici hökumətlərin bütün Amerika rəqəmsal resurslarına və Amerika xalqına hücumudur. Amerikalıların onlayn senzuraya məruz qaldığı günlər arxada qalıb", - Rubio yazıb.

Son xəbərlər

Bütün Xəbər Lenti