Azərbaycan Avropa Siyasi Birliyinin 7-ci Zirvə toplantısında yüksək səviyyədə təmsil olundu - RƏY

Xarici siyasət
  • 04 oktyabr, 2025
  • 11:25
Azərbaycan Avropa Siyasi Birliyinin 7-ci Zirvə toplantısında yüksək səviyyədə təmsil olundu - RƏY

Azərbaycan Avropa Siyasi Birliyinin 7-ci Zirvə toplantısında yüksək səviyyədə təmsil olundu.

Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

O xatırladıb ki, İlham Əliyev Danimarka və Avropa İttifaqı rəhbərliyinin xüsusi dəvətilə bu toplantıya qatılmışdı:

"Kopenhagendə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşdə Aİ liderləri dövlətimizin başçısını Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə əlaqədar Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə təbrik etməsi Aİ-nin bölgədə dayanıqlı sülhün təmin olunmasında maraqlı olduğunu göstərir".

K.Nurullayeva bildirib ki, son dövrlər Avropa İttifaqı Azərbaycanla münasibətlərin daha da inkişafı istiqamətində səylər göstərir:

"Rəsmi Bakı hər zaman tərəfdaşlarla səmimi və qarşılıqlı maraqların təmin olunmasını əhatə edən əlaqələrin qurulmasının tərəfdarıdır. Lakin Aİ-nin müxtəlif dövrlərdə qərəzli davranışları Azərbaycanın haqlı narazılığına səbəb olurdu. Bununla belə, Avropa Komissiyasının yüksəkrütbəli nümayəndələri hər zaman Azərbaycanı enerji sahəsində etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı adlandırır".

Deputatın sözlərinə görə, Azərbaycan və Avropa Komissiyasının energetika sahəsində strateji tərəfdaşlıqla bağlı memoranduma imza atmasından sonra Avropaya qaz təchizatı təxminən 60 faiz artdı:

"Təbii qaza qənaət etmək imkanı verən yaşıl enerji gündəliyi sayəsində Azərbaycan enerji təhlükəsizliyi baxımından tərəfdaşları üçün daha mühüm rol oynayacaq. Paralel olaraq Orta Dəhlizin strateji əhəmiyyətinin artması Aİ üçün Azərbaycanın da vacibliyini artırır".

Milli Məclis üzvü son olaraq qeyd edib ki, Kopenhagen zirvəsində E.Makronun cənab Prezidentlə görüşü artıq Parisin də Bakı ilə münasibətlərə Aİ prizmasından baxdığını təsdiqlədi:

"Yəni, Avropa İttifaqı Azərbaycanla əlaqələrin inkişaf etdirilməsi və yeni səviyyəyə qaldırılması üçün bütün imkanlardan yararlanmağa çalışır".

Son xəbərlər

Bütün Xəbər Lenti