Avropa Komissiyası: Kosun səfəri Aİ-nin Cənubi Qafqazda sülhə sadiqliyinin nümayişidir

Xarici siyasət
  • 18 sentyabr, 2025
  • 15:58
Avropa Komissiyası: Kosun səfəri Aİ-nin Cənubi Qafqazda sülhə sadiqliyinin nümayişidir

Avropa İttifaqının (Aİ) genişlənmə üzrə komissarı Marta Kosun Azərbaycan və Ermənistana səfəri iki ölkə arasındakı sülh prosesi kontekstində nəzərdən keçirilməlidir.

"Report"un Avropa bürosunun məlumatına görə, bunu Avropa Komissiyasının rəsmi nümayəndəsi Giyom Merse bildirib.

O vurğulayıb ki, bu, həqiqətən də Cənubi Qafqaz regionu üçün dönüş nöqtəsidir və komissarın regiona səfəri bu prosesə dəstəyin nümayişidir.

"Səfər zamanı o, Aİ-nin bu sülh prosesinə və tam regional normallaşmaya qəti sadiqliyini təsdiqləmək imkanından istifadə edəcək. Komissar regiona aydın və güclü mesajla səfər edir: indi Cənubi Qafqaz ölkələri ilə əlaqələri gücləndirmək imkanı var" - o qeyd edib.

G.Merse bildirib ki, regionda Aİ-nin qarşılıqlı əlaqə gündəliyi kontekstində Qara dəniz strategiyasına gəlincə, bu, bütün maraqlı tərəflərə və Cənubi Qafqaz əhalisinə fayda gətirəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti