PSJ-nin futbolçusu Kilian Mbappenin rekordunu təkrarlayıb
Futbol
- 18 sentyabr, 2025
- 17:37
PSJ-nin (Fransa) futbolçusu Qonsalu Ramuş İspaniyanın "Real" klubunun hücumçusu Kilian Mbappenin rekordunu təkrarlayıb.
"Report" "Telecomasia.net"ə istinadən xəbər verir ki, 24 yaşlı hücumçu bunu UEFA Çempionlar Liqasının I turunda "Atalanta"nı (İtaliya) 4:0 hesabı ilə məğlub etdikləri oyunda reallaşdırıb.
Görüşün 58-ci dəqiqəsində meydana daxil olan hücumçu əlavə vaxtda fərqlənməyi bacarıb. Bu onun PSJ-nin heyətində əvəzləmədən meydana çıxdıqdan sonra vurduğu 16-cı qol olub. Bununla da o, klub tarixində əvəzləmədən meydana çıxdıqdan sonra ən çox qol vuran ikinci futbolçu olub.
Qeyd edək ki, Q.Ramuş PSJ-nin heyətində meydana çıxdığı 92 matçda ümumilikdə 35 qola, 8 məhsuldar ötürməyə imza atıb.
Son xəbərlər
14:48
Azərbaycan Aşqabadda Xəzərin balıq ehtiyatları ilə bağlı toplantıda iştirak edəcək
Ekologiya14:42
Foto
İranın Azərbaycandakı səfiri Naxçıvana gedib
Xarici siyasət14:39
Video
"AnewZ" mina təhlükəsi və zərərçəkənlərin taleləri haqqında xüsusi reportaj hazırlayıb
Media14:35
Foto
Azərbaycan və BƏƏ yeni əməkdaşlıq razılaşması imzalayıb
Biznes14:35
Serbiyanın Baş Qərargah rəisi Bakıdakı Qələbə paradına gələcək – EKSKLÜZİV
Xarici siyasət14:31
İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edəcək boksçular müəyyənləşib
Fərdi14:30
Foto
Azərbaycanlı atlet İstanbul Marafonunda şəxsi rekordunu yeniləyib
Fərdi14:29
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorlar ittiham çıxışına başlayıb
Hadisə14:26