Lətif Hüseynov: Məhkəmə ilə digər hakimiyyət qolları arasında dialoq olmalıdır
- 14 oktyabr, 2025
- 09:59

Məhkəmə hakimiyyəti ilə digər hakimiyyət qolları arasında dialoq olmalıdır.
"Report" xəbər verir ki, bunu Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) hakimi Lətif Hüseynov oktyabrın 14-də Bakıda "Məhkəmə hakimiyyəti ilə dövlətin digər iki hakimiyyət qolu arasında əlaqələr" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hakimiyyət bölgüsü bir konsepsiya kimidir və bu da məhkəmələrdə heç zaman şübhə altına alınmamalıdır:
"Bu, funksiya bölgüsü deyil. Qanunvericilik əsasında məhkəmə hakmiyyətinin qurulması çox vacib bir məsələdir. Hakimlərin müstəqilliyinə heç kim müdaxilə edə bilməz. Bir hakimiyyət qolu digərinə qarşı dominant ola bilməz. Əgər tarazılıq pozularsa, bu, digər hakimiyyət qolunun müstəqilliyinə zərbə vura bilər".