Nəzər Əliyev: "Ucuz Çin məhsulları yerli ustaların satış imkanlarını daraldır"

Turizm
  • 18 noyabr, 2025
  • 17:40
Nəzər Əliyev: Ucuz Çin məhsulları yerli ustaların satış imkanlarını daraldır

Ucuz Çin məhsullarının bazara çıxması yerli ustaların satış imkanlarını xeyli daraldır.

Bunu "Report"un Lahıca ezam olunmuş müxbirinə "Lahıc" Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Nəzər Əliyev deyib.

Onun sözlərinə görə, Lahıcda ticarət obyektlərində satılan kəlağayıların əksəriyyəti Çin istehsalıdır: "Lahıcda kəlağayı sənəti tarixən olmayıb. Kəlağayı əsasən Basqal və Şəkidə istehsal olunur. Lakin hazırda Lahıcda satılanların böyük hissəsi Çin məhsuludur."

N. Əliyev yerli əl işlərinin qiymətinin daha yüksək olduğunu, bunun isə turistlər üçün seçimdə çətinlik yaratdığını deyib: "Ən sadə əl işi kəlağayısı 60–70 manatdır. Amma 15–20 manata kəlağayı satırlar. İnsanlar da qiymətə baxıb elə bilirlər ki, bu yerli istehsaldır. Bu, Lahıc sənətkarlığının adına zərər vurur".

Son xəbərlər

Bütün Xəbər Lenti