Lahıcda Qoruqları İdarəetmə Mərkəzinin yeni inzibati binası istifadəyə veriləcək
Turizm
- 18 noyabr, 2025
- 17:33
Lahıc qəsəbəsində Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi üçün inşa edilən yeni inzibati binası bu ilin sonuna qədər istifadəyə veriləcək.
Bunu "Report"un Lahıca ezam olunmuş müxbirinə Lahıc Dövlət Mədəniyyət Qoruğunun direktoru Nəzər Əliyev deyib.
Onun sözlərinə görə, bina Lahıcın tarixi memarlıq üslubuna uyğun formada sıfırdan inşa olunur: "Çox sürətli iş gedir. Biz ümid edirik ki, ilin sonuna qədər bina tam hazır olacaq. Burada qoruğun ofisi, muzey üçün inzibati sahə, kiçik iclas zalı və kafe yerləşəcək."
N. Əliyev əlavə edib ki, yeni muzey konsepsiyası çərçivəsində Lahıc sənətkarlığının nümayişi və müəyyən yüngül istehsal proseslərinin ziyarətçilərə göstərilməsi nəzərdə tutulur.
Son xəbərlər
23:53
Avropa çempionatının seçmə mərhələsi: Azərbaycanın U-21 millisi qələbə qazanıb
Futbol23:43
Tramp Venesuela Prezidenti ilə danışıqlara hazır olduğunu açıqlayıb
Digər ölkələr23:27
"Bloomberg": "Lukoyl" xarici aktivlərini vahid paket şəklində satmaq istəyir
Energetika23:13
Video
"Euronews": Mərkəzi Asiya Sammiti regional inteqrasiya üçün yeni başlanğıc nöqtəsidir
Region23:05
Səudiyyə Ərəbistanı ABŞ-dən F-35 qırıcılarının modernləşdirilmiş variantını alacaq
Digər ölkələr23:02
"Arsenal"ın müdafiəçisi 1 ay yaşıl meydanlardan kənar qala bilər
Futbol22:58
Tramp: İran ABŞ ilə saziş bağlamaq istəyir
Digər ölkələr22:50
Tramp: ABŞ və Səudiyyə Ərəbistanı müdafiə paktı barədə razılığa gəliblər
Digər ölkələr22:48