Bu il Azərbaycanda daxili səfərlərin sayının 25 milyona yaxınlaşacağı proqnozlaşdırılır
Turizm
- 30 avqust, 2025
- 12:45

Əgər 2024-cü ildə Azərbaycanda daxili səfərlərin sayı 23 milyon olubsa, bu il göstəricinin 25 milyona yaxınlaşacağı proqnozlaşdırılır.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Kənan Quluzadə bildirib.
"Bu səfərlərin təxminən 40 %-i yay mövsümünə düşür. Yəni 1 milyon səfər məhz iyun-sentyabr aylarında reallaşır", - deyə o qeyd edib.
K. Quluzadənin sözlərinə görə, yay mövsümü həm yerli, həm də xarici turistlər üçün pik dövr sayılır: "Azərbaycana gələn xarici turistlər məhz iyun-avqust aylarını seçir. 7 ay ərzində Azərbaycana 1 milyon 478 minə yaxın xarici vətəndaş səfər edib. Avqustun yekununda bu rəqəmin 1,7 milyonu keçəcəyi gözlənilir".
Son xəbərlər
23:18
Cəlilabadda bıçaqlanan 46 yaşlı kişinin durumu açıqlanıb - YENİLƏNİB-2
Hadisə23:13
Ərdoğan Çinə səfərə gedib
Region23:11
"Araz-Naxçıvan" Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb
Futbol23:11
İsrailin Qəzzada yaşayış binasını atəşə tutması nəticəsində 19 nəfər ölüb
Digər ölkələr22:59
Estoniya yaxın illərdə ÜDM-in 5 %-dən çoxunu müdafiəyə ayırmaq niyyətindədir
Digər ölkələr22:41
Avropa Şurasının baş katibi xəstəxanaya yerləşdirilib
Digər ölkələr22:36
KİV: Aİ qərarların qəbulunda yekdillik prinsipindən imtina etmək istəyir
Digər ölkələr22:26
"Qəbələ" Naxçıvan təmsilçisinə məğlub olub
Futbol22:22