Azərbaycan və Qazaxıstan birgə özəl turizm şirkəti yaradır

Turizm
  • 30 aprel, 2026
  • 12:07
Azərbaycan və Qazaxıstan birgə özəl turizm şirkəti yaradır

Azərbaycan və Qazaxıstan birgə özəl turizm şirkətinin yaradılması barədə memorandum imzalayıblar.

"Report" xəbər verir ki, sənəd Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayelin iştirakı ilə imzalanıb və vahid Qazaxıstan-Azərbaycan "TurAn" turizm operatorunun fəaliyyətə başlamasını nəzərdə tutur.

Layihənin təşəbbüskarları qismində "Discover Jetisu" və "Smile Azerbaijan Tour LLC" şirkətləri çıxış edib. Məqsəd qarşılıqlı turist axınının artırılması, eləcə də hər iki ölkənin investisiya və mədəni cəlbediciliyinin yüksəldilməsidir.

Razılaşmalara əsasən, yeni turizm operatorun nizamnamə kapitalı tərəflər arasında payların bərabər bölüşdürülməsi ilə 100 min ABŞ dolları təşkil edəcək. Şirkət ekoturizm, mədəni və qastronomik turlar, həmçinin müalicə-sağlamlıq istiqamətləri daxil olmaqla, turizm xidmətlərinin tam spektrini təqdim edəcək.

"TurAn" turizm sahəsində Qazaxıstan və Azərbaycanın ilk birgə özəl şirkəti olacaq. Layihənin həyata keçirilməsinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının beynəlxalq bazarda vahid turizm istiqaməti kimi təşviq edilməsinə töhfə verəcəyi gözlənilir.