Naxçıvanda ilk dəfə Gələcəyin Peşələri Sammiti keçirilib - YENİLƏNİB
- 30 oktyabr, 2025
- 16:11
Azərbaycanda ilk dəfə olaraq Naxçıvanda Gələcəyin Peşələri Sammiti təşkil olunub.
"Report"un yerli bürosu xəbər verir ki, tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə baş tutub.
"Gələcəyə tərəf" devizi altında keçirilən tədbirdə rəsmi şəxslər, özəl sektorun nümayəndələri, yerli və xarici karyera məsləhətçiləri, insan resursları üzrə mütəxəssislər, təhsil ekspertləri, inkişaf mentorları iştirak ediblər.
Sammitin təşkilində məqsəd əmək bazarında yeni peşə və bacarıqlarla bağlı tələbləri, texnologiya və innovasiyaların iş dünyasına təsirlərini peşəkar mühitdə müzakirə etmək, təhsil və məşğulluq sahələrində yeni çağırışlar nəzərə alınmaqla bu ekosistem iştirakçılarının gələcək əmək bazarına hazırlığını dəstəkləməkdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasında (MR) Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, Naxçıvan Dövlət Universitetinin (NDU) rektoru Elbrus İsayev, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Abbasov çıxış ediblər.
Sammit "Əmək bazarının transformasiyası" və "Dəyişikliklərə adaptasiya" adlı iki panel müzakirəsi ilə davam etdirilib.
Naxçıvan şəhərində "Gələcəyin Peşələri Sammiti" təşkil olunub.
"Report"un yerli bürosu xəbər verir ki, tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı baş tutub.
Sammitdə Naxçıvan Muxtar Respublikasında (MR) Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, rəsmi şəxslər və gənclər iştirak edirlər.
Tədbirdə əmək bazarının gələcək tələbləri, innovativ peşələr və rəqəmsal bacarıqların inkişafı mövzularında müzakirələr aparılır.