Azad olunmuş ərazilərdə daha bir qrup sakin üçün kiçik bizneslər yaradılıb

Sosial müdafiə
  • 30 sentyabr, 2025
  • 12:07
Azad olunmuş ərazilərdə daha bir qrup sakin üçün kiçik bizneslər yaradılıb

İşğaldan azad olunmuş ərazilərdə daha bir qrup sakin üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradılıb.

Bu barədə "Report"un Qarabağ bürosuna Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti ve İdarəetmə Xidməti" İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd olunub ki, Böyük Qayıdış proqramına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərə köçürülmüş sakinlər üçün aktiv məşğulluq tədbirlərini davam etdirir.

Bu dəfə Ağdam, Xocalı, Laçın, Ağdərə rayonları və Şuşa şəhərində daha 15 sakinə özünüməşğulluq proqramı çərçivəsində mal və materiallar təqdim edilib.

Aktivlərin təqdim olunması mərasimində iştirak edən Dövlət Məşğulluq Agentliyinin rəsmiləri ilə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşlarının proqram iştirakçıları ilə görüşündə onların yeni qurduqları təsərrüfatlarla bağlı gələcək planlarına dair fikir mübadiləsi aparılıb.

Verilmiş aktivlər hesabına sakinlər qoyunçuluq, maldarlıq təsərrüfatı, un məmulatları istehsalı, kiçik dərzi sexi, qadın gözəllik salonu, kiçik fotoatelye və digər istiqamətlər üzrə kiçik bizneslərini yaradıblar.

Bununla Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına köçürülmüş sakinlərdən özünüməşğulluq proqramı vasitəsilə kiçik təsərrüfatları qurulan şəxslərin sayı artıq 460-a çatıb.

Son xəbərlər

Bütün Xəbər Lenti