Anar Əliyev: Azərbaycan sosial sahədə elektron keçidi təmin edə bilib

Sosial müdafiə
  • 24 oktyabr, 2025
  • 11:23
Anar Əliyev: Azərbaycan sosial sahədə elektron keçidi təmin edə bilib
Anar Əliyev

Azərbaycan sosial sahədə elektron keçidi təmin edə bilib.

"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev "SOCGOV 2025: Süni zəka İnsan və Transformasiya üçün" beynəlxalq konfransın panel sessiyasında deyib.

Nazir qeyd edib ki, bu istiqamətdə tədbirlər davam edir:

"İşsiz şəxslərin vakansiyaya çıxışı, onların işəgötürənlərlə əlaqəsi gücləndiriləcək. Vurğulamaq istəyirəm ki, Azərbaycanda əmək müqavilələrin 90%-i elektronlaşdırılıb. Reabilitasiya, əlillik, sosial-psixoloji sahədə elektronlaşmadan, gələcəyin aktual peşələrinin müəyyənləşdirilməsində süni intellektdən istifadə üçün geniş imkanlarımız var".

A.Əliyev əlavə edib ki, Azərbaycanda 2019-cu ildən pensiyalar proaktiv qaydada ödənilir:

"Əslində, bu da süni intellektin tətbiqidir. Növbəti mərhələdə də fəaliyyətlərimizi genişləndirməyi planlaşdırırıq. Həm çağrı mərkəzlərini, həm də DOST mərkəzlərində süni intellektdən geniş istifadəni nəzərdə tuturuq".

Son xəbərlər

Bütün Xəbər Lenti