Zelenski Münxendə İran hakimiyyətini kəskin tənqid edib

Digər ölkələr
  • 14 fevral, 2026
  • 15:35
Zelenski Münxendə İran hakimiyyətini kəskin tənqid edib

Ukrayna Prezidenti Volodimir Zelenski Münxen Təhlükəsizlik Konfransındakı çıxışı zamanı İran hakimiyyətini kəskin tənqid edib.

"Report"un məlumatına görə, Zelenski qeyd edib ki, məhz İranın Rusiyaya tədarük etdiyi "Shahed" dronları ukraynalıları öldürür və ölkə infrastrukturunu dağıdır.

"Ukraynanın İranla sərhədi yoxdur. Bizim İran rejimi ilə heç vaxt maraqlarımız toqquşmayıb. Lakin Rusiyaya satdıqları "Shahed" dronları ukraynalıları öldürür və infrastrukturumuzu məhv edir", - Zelenski bildirib.

Onun sözlərinə görə, İran artıq bir əsr boyu bir çox digər rejimlərin Ukraynaya vurduğundan daha çox ziyan vurub və bu, davam edə bilər.

"Buna baxmayaraq, bu rejim hələ də mövcuddur və hər şeydən, hətta bu böhrandan da sağ çıxacağına ümid edir. İran rejimi kimi rejimlərə vaxt vermək olmaz. Onların vaxtı olduqda daha çox öldürürlər. Onları dərhal dayandırmaq lazımdır", - o bəyan edib.

Son xəbərlər

Bütün Xəbər Lenti