SİAR: Muzdlu işçilərin təxminən 5 %-i tekstil və geyim sektorunda çalışır

Sənaye
  • 07 oktyabr, 2025
  • 15:57
SİAR: Muzdlu işçilərin təxminən 5 %-i tekstil və geyim sektorunda çalışır

Azərbaycanda muzdlu işçilərin təxminən 5 %-i tekstil və geyim sektorunda çalışır.

"Report" xəbər verir ki, bunu SİAR Araşdırma və Konsaltinq qrupunun partnyoru Əşrəf Hacıyev Bakıda "Tekstil Sektorunun İnkişafı və Qlobal İnteqrasiyasının Təşviqi" adlı seminarda bildirib.

Onun sözlərinə görə, bu sahədə çalışan işçi qüvvəsinin 44 %-ni qadınlar təşkil edir.

"İxtisaslı işçi qüvvəsinə tələbat artıb. Bu sahənin sənaye strukturuna gəldikdə toxunmuş parçalarda 102 müəssisə (60 mikro, 13 kiçik, 29 orta/böyük), geyimdə isə 162 müəssisə (116 mikro, 32 kiçik, 14 orta/böyük) fəaliyyət göstərir. Tekstil mühəndisləri və texniki operatorların çatışmazlığı müşahidə olunur", - deyə Ə.Hacıyev əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti